AccessBank COP29 çərçivəsində ilk Maliyyə Dayanıqlığı Hesabatını təqdim edib
15 noyabr 2024
Hesabatda AccessBank-ın maliyyə dayanıqlığı sahəsində əldə etdiyi nailiyyətlər və strateji təşəbbüsləri təqdim edilib. Xüsusilə, davamlı və yaşıl maliyyələşdirmə, risklərin idarə edilməsi, sosial məsuliyyət və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi sahəsində atılan addımlar və təşviq edilən təşəbbüslər ön plana çıxarılıb.
Hesabatla daha ətraflı tanış olmaq üçün linkə keçid edin: https://www.accessbank.az/documents/Presentations/Sustainability%202023%2006.11.24.pdf
Təqdimatdan sonra "ESG İnteqrasiyası: Yaşıl maliyyə və məsuliyyətli bankçılıq vasitəsilə dayanıqlı artımın təmin edilməsi" mövzusunda panel müzakirələri keçirilib. Müzakirələrdə spikerlər qismində AccessBank-ın İdarə Heyəti Sədrinin Müavini və Baş Maliyyə İnzibatçısı Orxan İsmayılov, Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya ölkələrində özəl sektorun inkişafı üzrə regional rəhbəri Enriko Pinali və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz ölkələri üzrə regional rəhbəri Alkis Vriyenios Drakinos iştirak ediblər. AccessBank-ın Xəzinədarlıq və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Dinara Cavadova müzakirələrə moderatorluq etdi.
Beynəlxalq maliyyə institutlarının nümayəndələri AccessBank-ın şəffaf və dayanıqlı maliyyə hesabatlılığının tətbiqi sahəsindəki səylərini dəstəkləyib, təqdim edilən hesabatın yüksək səviyyədə hazırlanmasını qeyd edib və regionun maliyyə sisteminin inkişafı üçün bu cür təşəbbüslərin vacibliyini vurğulayıblar. Bundan əlavə, maliyyələşmənin gələcək imkanları və subordinasiyalı kreditlərin maliyyə inklüzivliyinin artırılması istiqamətindəki əhəmiyyəti müzakirə edilib.
Hesabatın təqdim edilməsi AccessBank üçün səhmdarlar və tərəfdaşlar arasında etimadın gücləndirilməsi və davamlı inkişaf prinsiplərinin bankın strategiyasına inteqrasiyası baxımından mühüm bir addım olub.