AccessBank yenilənmiş konseptli Xaçmaz filialını istifadəyə verdi
3 fevral 2025
Yenilənmiş filial, müasir tələblərə və innovativ həllərə uyğun olaraq dizayn edilib və N.Nərimanov küçəsi 215 ünvanında yerləşir. Yeni konseptdə əsas diqqət müştəri rahatlığına və sürətli, yüksək keyfiyyətli xidmətin təmin olunmasına yönəldilib. Burada müştərilərə kreditlər, o cümlədən mikro və aqro kreditlər, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif olunur.
"AccessBank ötən ildən filial şəbəkəsinin aktiv genişləndirilməsinə başlayıb və filialların sayını 35-ə çatdırıb. 2025-ci il ərzində də biz Azərbaycanın müxtəlif regionlarında istehlakçılara və bizneslərə müasir və keyfiyyətli maliyyə xidmətləri təklif etməyə davam edəcəyik. Yeni konseptli Xaçmaz filialının istifadəyə verilməsi, ölkə miqyasında müştərilərimizə ən müasir bank xidmətlərini təqdim etmək hədəfimizə bir addım daha irəliləməyimiz deməkdir", - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.