Mükafatlar

Yaradıldığı gündən etibarən AccessBank yüksək keyfiyyətli bank xidmətləri göstərməyə çalışır. Dəqiqlik, şəffaflıq və uğurlu biznes prinsiplərinə əsaslanaraq Bank ən yaxşı bank xidmətlərinin göstərilməsi və müştərilərə yeni bank məhsullarının təqdim olunması üzrə lider olduğunu sübut etməyi bacarıb. AccessBank-ın etibarlı və dinamik maliyyə təşkilatı qismində nüfuzu, müştərilərin tələbatının yüksək səviyyədə ödənilməsinə və bankın ən vacib məqsədlərinə nail olmağa kömək etməklə bərabər, həm də bankın aparıcı maliyyə təşkilatı qismində beynəlxalq aləmdə tanınmasına şərait yaradır.

International finance
AccessBank İngiltərənin nüfuzlu maliyyə nəşri olan International Finance Magazine (IFM) jurnalının 2013-cü ilin “Ən yaxşı kommersiya bankı” nominasiyasının qalibi elan olunub. Baş ofisi Londonda yerləşən IMF, beynəlxalq maliyyə ictimaiyyətinə məlumatları etibarlı, qısa və başadüşülən formada çatdırmaq missiyası ilə yaradılıb.
Euromoney2013
AccessBank 11 iyul 2013-cü il tarixində Londonda Euromoney Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. Bu nominasiyada Bank artıq dördüncü ildir ki, bu mükafatı qazanır. Mükafat bankın nəticələri, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin müşahidələri nəticəsində əldə olunan məlumatlar əsasında təqdim edilir
GUAM
2013-cü ilin mart ayında AccessBank “GUAM çərçivəsində həyata keçirilən «Beynəlxalq layihələrdə ən fəal iştirak edən Bank” nominasiyasında “Ən yaxşı GUAM bankları – 2012” III Beynəlxalq müsabiqəsinin qalibi elan olunub. Müsabiqənin məqsədi – GUAM üzvü olan və Azərbaycan Respublikası, Gürcüstan, Ukrayna və Moldova Respublikası ərazilərində həyata keçiridikləri ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yaxşı bankları müəyyən etməkdən ibarət olub.
Global finance
Global Finance jurnalı növbəti dəfə AccessBank-ı “Dünyanın inkişaf edən bazarlarının ən yaxşı bankı (Asiya regionu üzrə)” nominasiyasında «Azərbaycanın ən yaxşı bankı» adına layiq görüb. Bank sektoru üzrə analitiklərin, korporasiya rəhbərlərinin və bank məsləhətçilərinin köməyi ilə jurnalın redaktorları, regionun inkişaf edən bazarının 22 ölkəsi arasında ən yaxşı bankı seçiblər.
The Banker2012
2012-ci il noyabr ayında The Banker jurnalı AccessBank-ı növbəti dəfə «Azərbaycanda ilin bankı» adına layiq görüb. The Banker jurnalı dünyanın hər bir regionundan 147 ölkə arasında ən qabaqcıl, yaradıcı, dayanıqlı bankları qeyd edir.