Korporativ İdarəetmə

Audit Komitəsinin vəzifəsi Bankın risklərin idarə edilməsi və daxili nəzarət proqramlarının strukturlaşdırılmış və sistemli audit nəzarətini təmin etmək, Bankın audit siyasətini və strategiyasını işləyib hazırlamaq və həyata keçirmək, Bankın idarəetmə proseslərinin effektivliyinə dair tövsiyələr vermək, Nizamnamə və müvafiq Qanunvericiliklə müəyyən edilmiş digər funksiyaları yerinə yetirməkdən ibarətdir.

Komitə tərkibi

Dariuş
Katsprşik

Komitə Sədri

Olqa
Tomaş

Komitə üzvü

Fernanda
Molejon

Komitə üzvü

Dariuş Katsprşik

Komitə Sədri

[email protected]  |  151

Dariuş Kasprşik 2019-cu ilin may ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub.

O, Avropa İnvestisiya Bankını təmsil edir. Cənab Kasprşik bir sıra Polşa banklarında rəhbər vəzifələri tutub. Hazırda sistem əhəmiyyətli banklardan birində Polşanın Maliyyə Nəzarəti Orqanının səlahiyyətli nümayəndəsidir.

Dariuş Kasprşik Varşava İqtisadiyyat Məktəbinin (SGH) Daxili ticarət və xidmət fakültəsini bitirib. Bundan başqa, o, Varşava Universitetinin Menecment fakültəsində və Beynəlxalq Menecment Məktəbində magistr dərəcələrinə yiyələnib və IESE-də Təkmilləşdirilmiş Menecment Proqramını bitirib.

Polyak, ingilis, alman, ispan və rus dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Olqa Tomaş

Komitə üzvü

[email protected]  |  151

Xanım Tomaş, inkişaf yönümlü qurumlarda əsasən maliyyə xidmətləri sahəsində 25 illik təcrübəyə malikdir və hazırda Özbəkistanın “Ipak Yuli” Bankının və Gürcüstanın CREDO Bankının Müşahidə Şurasının üzvüdür. 2019-cu ilin dekabr ayından etibarən AccessBank-ın Audit Komitəsinin sədri və müstəqil üzvü kimi fəaliyyət göstərir (Müşahidə Şurasının üzvü deyil). Xanım Tomaş Kiyev Dövlət İqtisadiyyat və Ticarət Universitetindən “Banklarda mühasibat uçotu və audit” ixtisası üzrə diplom alıb və 2004-cü ildən ACCA-nın üzvüdür (Fellow Member). Onun ixtisaslaşdığı sahələrə strategiyanın hazırlanması, əməliyyat mükəmməlliyi, daxili audit və korporativ idarəetmə daxildir.

Fernanda Molejon

Komitə üzvü

[email protected]  |  151

Fernanda Molejon AccessBank-ın Müşahidə Şurasının yeni üzvü vəzifəsini 2024-cü il aprelin 15-dən icra etməyə başlayıb və bu vəzifədə Verner Klası əvəz edib.
Fernanda Molejon inkişaf etməkdə olan bazarların maliyyə sektorlarında 25 illik təcrübəyə malikdir, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyasında (International Finance Corporation - IFC) risk və portfelin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. IFC-də fəaliyyəti dövründə o, Latın Amerikası, Avropa, Yaxın Şərq, Şimali Afrika və Asiyanın maliyyə institutları ilə əməkdaşlıq edib. Ondan əvvəl Molejon CitiBank Argentinada çalışıb və müxtəlif sənaye sahələrini əhatə edən korporativ bankçılığı idarə edib.
Hazırda Fernanda Molejon Asiya İnfrastruktur İnvestisiya Bankının (Asian Infrastructure Investment Bank – AIIB) Kredit və İnvestisiya Riskləri üzrə rəhbərinin müşaviri vəzifəsini icra edir.
Fernanda Molejon Madriddə (İspaniya) Maliyyə Tədqiqatları Fondunda Beynəlxalq Maliyyə üzrə magistr dərəcəsi, Torkuato di Tella Universitetində (Argentina) Maliyyə üzrə aspirantura və Argentinanın Katolik Universitetində Biznesin İdarə Edilməsi və Mühasibat Uçotu üzrə iki bakalavr dərəcəsi alıb.
İngilis, İspan və Portuqal dillərini bilir.
E-mail: [email protected]
Tel: 151

Funksiyalar

Audit Komitəsinin səlahiyyət və öhdəlikləri:
  • Bankın audit siyasətini və strategiyasını müəyyən etmək, daxili audit bölməsinin işinə nəzarət etmək və onun effektivliyini yoxlamaq;
  • Daxili auditin büdcəsi, təşkilati strukturu, daxili audit şöbəsinin nizamnaməsi və daxili auditin metodologiyası barədə Müşahidə Şurasına təkliflər vermək;
  • Daxili audit rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi və onun əmək haqqı məbləği barədə Müşahidə Şurasına təkliflər vermək; daxili auditorların əmək haqqı məbləği, vəzifədə irəli çəkilmə və ya azad edilməsi, habelə mükafatlandırılması ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;
  • Daxili auditin illik planını və ona dəyişiklikləri nəzərdən keçirmək və təsdiq etmək; daxili audit planlarını təsdiq edildikdən sonra 10 (on) iş günü müddətində Mərkəzi Banka təqdim etmək;
  • Bankda il ərzində aparılmış daxili audit yoxlamalarına dair hesabatı hər təqvim ilinin sonundan sonrakı növbəti rübün sonunadək Mərkəzi Banka təqdim etmək, habelə sorğu əsasında fərdi daxili audit yoxlamalarına dair məlumatların Mərkəzi Banka təqdim edilməsini təmin etmək;
  • Kənar Auditorun seçilməsi üçün şəffaf tenderin keçirilməsini təmin etmək, Kənar Auditorun təyin edilməsi, dəyişdirilməsi, fəaliyyətinin dayandırılması və ya vəzifədən kənarlaşdırılması ilə bağlı Müşahidə Şurasına və GAS-a tövsiyələr vermək, onunla bağlanacaq müqavilənin şərtlərini və onun əmək haqqı məbləğinin müəyyən edilməsini təmin etmək üçün təkliflər vermək;
  • Kənar Auditor tərəfindən göstərilən bütün audit (təminat) və qeyri-audit xidmətlərini əvvəlcədən təsdiq etmək; Kənar Auditorun müstəqilliyinə, obyektivliyinə və səriştəsinə nəzarəti təmin etmək;
  • Auditin nəticələrinin və tövsiyələrinin həyata keçirilməsinə və auditin aparılmasına kömək etmək üçün Kənar Auditorla əlaqə saxlamaq və əməkdaşlıq etmək; o cümlədən Kənar Auditorun tövsiyələrinin yerinə yetirilməsinə müvafiq qaydada nəzarət etmək;
  • Bankın fəaliyyətinə dair bütün vacib məlumatların və bank sənədlərinin (Kənar Auditlə bağlı) vaxtında və tam şəkildə Kənar Auditora təqdim edilməsini təmin etmək;
  • Kənar Auditordan audit zamanı aşkar edilmiş mühüm faktlar və hadisələr haqqında dərhal ona məlumat verməyi tələb etmək;
  • Maliyyə hesabatlarının hazırlanması prosesinə və Bankın əldə etdiyi maliyyə nəticələrinə, Bankın uçot siyasətinin həyata keçirilməsi və təkmilləşdirilməsinə, həmçinin maliyyə hesabatlarının düzgünlüyünə nəzarət etmək;
  • Daxili auditorlar tərəfindən aşkar edilmiş çatışmazlıqların aradan qaldırılmasına nəzarət etmək; bankda daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin səmərəliliyinə dair kənar auditin və digər üçüncü şəxslərin tövsiyələrinə nəzər yetirmək;
  • Effektiv daxili nəzarət sisteminin fəaliyyətini təşviq etmək və proseslərin həyata keçirilməsini təmin etmək; daxili nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı Baş Assambleya və Müşahidə Şurasına tövsiyələr vermək;
  • Tənzimləyici orqan və Bankın fəaliyyətini yoxlayan digər dövlət qurumları və kənar auditin nəticələrinə əsasən auditor təşkilatı tərəfindən müəyyən edilmiş məsələlərin daxili audit bölməsi tərəfindən həllinə nəzarət etmək; Audit Komitəsinin işinin nəticələri və tövsiyələri barədə Müşahidə Şurasına və Baş Assambleyaya məlumat vermək;
  • Zərurət yarandıqda, Bankın İdarəetmə Orqanları ilə Kənar Auditor və Tənzimləyici arasında kommunikasiyanın qurulmasını təmin etmək.

Yeniləndi: 04.12.2024