Korporativ İdarəetmə

Daxili komitələr

Risklərin idarə edilməsi və komplayens komitəsi:
Əsas vəzifələri:
  • Risklərin idarə edilməsi prosesinin hər bir mərhələsinə dair minimum tələbləri müəyyən edir;
  • Müxtəlif risklər üzrə risklərin idarə edilməsi bölməsi tərəfindən hesablanmış limitləri müəyyən edir və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim edir;
  • Bankdaxili risklərin idarə edilməsi funksiyasını qiymətləndirir;
  • Müxtəlif əməliyyat və fəaliyyət istiqamətləri üzrə qaydalara, həmçinin risklərin idarə edilməsi işində istifadə edilən müxtəlif qayda və metodologiyalara, risklərin idarə edilməsi siyasətinə yenidən baxır;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yuxarıda 3 və 4-cü bəndlərdə göstərilən məsələlər üzrə Müşahidə Şurasına müəyyən təkliflər verir;
  • Bankın Risklərin İdarə Edilməsi Departamentinin fəaliyyətini qiymətləndirir;
  • Bankın Risklərin İdarə Edilməsi Departamentinə risklərin idarə edilməsi metodları, ssenari və modellərinin tətbiqinə dair təlimatlar da daxil olmaqla, lakin bununla məhdudlaşmadan, risklərin idarə edilməsinə dair təlimatlar verir;
  • Bankın Risklərin İdarə Edilməsi Departamenti tərəfindən hazırlanmış fövqəladə hallar planını nəzərdən keçirir;
  • Risklərin İdarə Edilməsi Departamentindən və Bankın digər müvafiq strukturlarından Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş müvafiq norma, qayda və standartlara uyğun olaraq mütəmadi olaraq hesabatlar, təkliflər və məlumat təqdim etmələrini tələb etmək;
  • Müxtəlif risklərin aşkara çıxarılması üçün istifadə olunan sorğuların dövriliyini və tematikasını müəyyən edir;
  • Banklarında risklərin monitorinqi üçün erkən xəbərdarlıq alətləri kimi istifadə olunan əmsal və faktorları müəyyən edir;
  • Bankın Müfakatlandırma Komitəsi ilə birgə mükafatlandırma siyasəti, daxili mükafatlandırma prosedurları, xüsusi mükafatlandırma mexanizmləri və onların yerinə yetirilməsi də daxil olmaqla (lakin bununla məhdudlaşmadan), mükafatlandırma sisteminin effektivliyi və səmərəliyini ildə bir dəfədən az olmamaq şərti ilə qiymətləndirir;
  • Bankın digər daxili komitələrini risklərin idarə edilməsi ilə bağlı fəaliyyətini əlaqələndirir;
  • İdarə Heyətinə risklərin idarə edilməsi mexanizminin gücləndirilməsi ilə bağlı tövsiyələr verir və Müşahidə Şurasına İdarə Heyətinin onların tövsiyələrinə əməl etməsi barədə hesabat verir;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq risklərin idarə edilməsinə dair digər vəzifə və tapşırıqları yerinə yetirir.
Tərkibi:
  • Fernanda Molejon - Risklərin İdarəedilməsi Komitəsinin Sədri, Müşahidə Şurasının müstəqil üzvü
  • Andrea Hagmann - Müşahidə Şurasının üzvü
  • Olqa Tomaş - Risklərin İdarəedilməsinin Komitəsinin müstəqil kənar üzvü
Korporativ İdarəetmə və Mükafatlandırma Komitəsi:
Əsas vəzifələri:
  • Bankın mükafatlandırma siyasətini və daxili mükafatlandırma prosedurunu müəyyən etmək, nəzərdən keçirmək və qiymətləndirmək;
  • Mükafatlandırma siyasəti, daxili mükafatlandırma prosedurunun tətbiqini müşahidə etməli və tətbiqinə nəzarət etməlidir.
  • Müşahidə Şurasına mütəmadi olaraq hesabat vermək və illik mükafatların ümumi həcmi barədə təklif etmək.
  • Müşahidə Şurasına Bankın vəzifəli şəxs və işçilərinin həvəsləndirilməsi üçün zəruri və ya arzuolunan hesab etdiyi hər hansı digər xüsusi mükafatlandırma mexanizmləri barədə təklif irəli sürə bilər.
  • Performansa görə verilən mükafatların səmərəli şəkildə Bankın uzunmüddətli hədəflərinə əsaslandığını və qısa-müddətli hesabat mexanizmləri ilə manipulyasiya olunmamasını təmin etmək.
  • Mükafatın ədalətli və adekvat olmasını təmin etmək üçün, Mükafatlandırma Komitəsi periodik olaraq Bankın vəzifəli şəxslərinə və işçilərinə verilən mükafatların (maaşlar, əlavə ödənişlər və digər ödənişlər də daxil olmaqla) məbləğini yoxlamalı və yoxlamanın nəticələri barədə Müşahidə Şurasına hesabat verməli, belə mükafatların məbləği barədə Müşahidə Şurasına təkliflər irəli sürməlidir.
  • Komitənin işi Azərbaycan Respublikasının müvafiq qanunları, Komitəyə dair daxili qaydalar, Müşahidə Şurasının qərarları, Səhmdarların Ümumi Yığıncağı və Bankın Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili sənədlər və öz qərarları ilə tənzimlənir.
Tərkibi:
  • Corc Rubli - Korporativ İdarəetmə və Mükafatlandırma Komitəsinin Sədri, Müşahidə Şurasının üzvü
  • Dariuş Katsprşik - Müşahidə Şurasının müstəqil üzvü
  • Andrea Haqmann - Müşahidə Şurasının üzvü

Yeniləndi: 04.12.2024