Korporativ İdarəetmə

Komitə tərkibi

Fernanda
Molejon

Komitə Sədri

Andrea
Haqmann

Komitə üzvü

Olqa
Tomaş

Komitə üzvü

Fernanda Molejon

Komitə Sədri

[email protected]  |  151

Fernanda Molejon AccessBank-ın Müşahidə Şurasının yeni üzvü vəzifəsini 2024-cü il aprelin 15-dən icra etməyə başlayıb və bu vəzifədə Verner Klası əvəz edib.
Fernanda Molejon inkişaf etməkdə olan bazarların maliyyə sektorlarında 25 illik təcrübəyə malikdir, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyasında (International Finance Corporation - IFC) risk və portfelin idarə olunması sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. IFC-də fəaliyyəti dövründə o, Latın Amerikası, Avropa, Yaxın Şərq, Şimali Afrika və Asiyanın maliyyə institutları ilə əməkdaşlıq edib. Ondan əvvəl Molejon CitiBank Argentinada çalışıb və müxtəlif sənaye sahələrini əhatə edən korporativ bankçılığı idarə edib.
Hazırda Fernanda Molejon Asiya İnfrastruktur İnvestisiya Bankının (Asian Infrastructure Investment Bank – AIIB) Kredit və İnvestisiya Riskləri üzrə rəhbərinin müşaviri vəzifəsini icra edir.
Fernanda Molejon Madriddə (İspaniya) Maliyyə Tədqiqatları Fondunda Beynəlxalq Maliyyə üzrə magistr dərəcəsi, Torkuato di Tella Universitetində (Argentina) Maliyyə üzrə aspirantura və Argentinanın Katolik Universitetində Biznesin İdarə Edilməsi və Mühasibat Uçotu üzrə iki bakalavr dərəcəsi alıb.
İngilis, İspan və Portuqal dillərini bilir.

E-mail: [email protected]Tel: 151

Andrea Haqmann

Komitə üzvü

[email protected]  |  151

Andrea Haqmann 2019-cu ilin dekabr ayında Səhmdarların Ümumi Yığıncağının qərarı ilə AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub.
Xanım Haqmann maliyyə xidmətləri sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir. Hal-hazırda o, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun Direktorlar Şurasının və İnvestisiya Komitəsinin üzvü (2019-cu ildən), mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün SANAD Fondunun (Yaxın Şərq və Şimali Afrika)  Direktorlar Şurasının üzvü (2017-ci ildən) və Microfinance Enhancement Facility Direktorlar Şurasının üzvüdür (2009-cu ildən). Onun əvvəlki iş təcrübəsi və xeyriyyəçilik fəaliyyəti, həmçinin, Avstriya İnkişaf Bankının İcraiyyə Şurasının üzvü (2008-2017),  Raiffeisenbank, Wolkersdorf Müşahidə Şurasının üzvü (2019-cu ildən), Avstriyanın aparıcı Hilfswerk International qeyri-kommersiya təşkilatının Müşahidə Şurasının üzvü (2018-ci ildən) qismində, eləcə də Avstriyanın Oesterreichische Kontrollbank AG ixrac-kredit agentliyində müxtəlif rəhbər vəzifələrdə (1991-2007-ci illər) iş fəaliyyətini əhatə edir.  
Xanım Haqmann Vyana İqtisadiyyat və İşgüzar İnzibatçılıq Universitetinin kommersiya elmləri üzrə magistr dəcərəsinə malikdir.

E-mail: [email protected]
Tel: 151

Olqa Tomaş

Komitə üzvü

[email protected]  |  151

Xanım Tomaş maliyyə xidmətləri sahəsində, əsasən inkişaf yönümlü maliyyə institutlarında 25 illik təcrübəyə malikdir. O, strategiyanın inkişafı, əməliyyatın təkmilləşdirilməsi, daxili audit və korporativ idarəetmə üzrə məsləhətçi kimi çalışır. Olqa hazırda Ukraynanın “PrivatBank” Müşahidə Şurasının müstəqil üzvüdür.

2019-cu ilin dekabr ayında “AccesBank”-ın Audit Komitəsinin sədri təyin edilib. Olqa Kiyev Dövlət İqtisadiyyat və Ticarət Universitetini Banklarda mühasibat uçotu və audit ixtisası üzrə bitirib. 2004-cü ildən Nizamlı Sertifikatlı Mühasiblər Birliyinın (ACCA) üzvüdür.

Əsas funksiyalar:
  • Risklərin idarə olunması prosesinin hər mərhələsi üçün minimum tələbləri müəyyənləşdirmək;
  • Risklərin idarə edilməsi bölməsi tərəfindən hesablanmış müxtəlif risklər üzrə limitləri müəyyənləşdirmək və Təftiş Şurasının təsdiqinə təqdim etmək;
  • Bankın daxili risklərin idarə olunması funksiyasını qiymətləndirmək;
  • Müxtəlif əməliyyatlar və biznes istiqamətləri üçün qaydaların, risklərin idarə olunması sahəsində istifadə olunan müxtəlif qaydaların və metodologiyaların, eləcə də risklərin idarə olunması siyasətinin nəzərdən keçirilməsi;
  • Yuxarıdakı 3 və 4-cü bəndlərdə göstərilən məsələlərlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Təftiş Şurasına müəyyən təkliflər təqdim etmək;
  • Bankın Risklərin İdarə Edilməsi Departamentinin fəaliyyətini qiymətləndirmək;
  • Risklərin idarə olunması ilə bağlı, o cümlədən risklərin idarə edilməsi metodlarının tətbiqi, ssenarilər və modellər üzrə Bankın Risklərin İdarə Edilməsi Departamentinə rəhbərlik etmək;
  • Bankın Risklərin İdarə Edilməsi Departamentindən və digər müvafiq qurumlardan Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş müvafiq normalara, qaydalara və standartlara uyğun olaraq mütəmadi olaraq hesabatlar, təkliflər və məlumatlar tələb etmək;
  • Bankın Risklərin İdarə Edilməsi Departamenti tərəfindən hazırlanmış Fövqəladə Tədbirlər Planını nəzərdən keçirmək;
  • Müxtəlif riskləri müəyyənləşdirmək üçün istifadə olunan sorğuların tezliyini və mövzusunu müəyyənləşdirmək;
  • Banklarda risklərin monitorinqi üçün erkən xəbərdarlıq aləti kimi istifadə olunan əmsalları və amilləri müəyyənləşdirmək;
  • Bankın Mükafatlandırma Komitəsi ilə birgə ən azı ildə bir dəfə mükafatlandırma sisteminin, o cümlədən (amma bununla məhdudlaşmamaqla) Bankın Mükafatlandırma Komitəsinin mükafatlandırma siyasəti, daxili mükafatlandırma prosedurları, xüsusi mükafatlandırma mexanizmləri və onların icrasının səmərəliliyini qiymətləndirmək;
  • Risklərin idarə olunması ilə bağlı fəaliyyətlərdə Bankın digər daxili komitələrini əlaqələndirmək;
  • Risklərin idarə edilməsi mexanizminin gücləndirilməsi ilə bağlı İdarə Heyətinə tövsiyələr vermək və Təftiş Şurasına İdarə Heyətinin tövsiyələrə əməl etməsi barədə hesabat təqdim etmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq risklərin idarə olunması ilə bağlı digər vəzifələri və tapşırıqları həyata keçirmək.

Updated: 15.01.2025
Aktualdır