96%
Sərbəst və etibarlı iş mühitində çalışırıq
AccessBank əməkdaşı bununla tam razıdır.
AccessBank ailəsinə qoşulmaq istəyirsinizsə, bunu bilməlisiniz:
Bizim üçün “komanda işi” sadəcə dəbdə olan söz birləşməsi deyil. Çünki məhz komanda olaraq, hədəflədiyimiz mikro və pərakəndə bankçılıq seqmentini günbəgün gücləndiririk. Bunun sayəsində özümüz də inkişaf edirik.
Bankımızda yaşatdığımız əsas dəyərlərimiz bunlardır
Düzgünlük və açıqlıq
Peşəkarlıq
Müştərilərə sadiqlik
Komanda işi
Sosial məsuliyyət
Bərabər iş imkanları
Bank sektorunda iş axtarırsınızsa, doğru yerdəsiniz.
Biz insanlar arasında fərq qoymuruq və bərabər iş imkanları ideyasının tərəfdarıyıq. Karyerasını bankçılıqda görən hər kəsə qapılarımız açıqdır, yetər ki, özünüzə inanın.
Bilirdinizmi ki, AccessBank BMT-in Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulmuş ilk Azərbaycan bankıdır?!
AccessBank ailəsinə necə qoşula bilərəm?
AccessBank ailəsinə qoşulmaq üçün bilik və bacarıqlarınıza uyğun vakant vəzifələrlə saytımızın Karyera bölməsindən (https://www.accessbank.az/az/our-bank/vacancies/#vacancies) tanış ola bilərsiniz. Eyni zamanda yeni vakansiyalarla bağlı işə qəbul saytları, qəzetlər, xəbər səhifələri, Regional TV (regional filiallarda vakansiyalar olduqda) həmçinin, bankın və insan resursları üzrə biznes partnyorların Linkedin hesablarından məlumatlar əldə edə bilərsiniz.
CV-mi necə göndərim?
İşə qəbul müraciətinizi AccessBankın veb saytının Karyera bölməsindən (https://www.accessbank.az/az/our-bank/vacancies/#vacancies) elektron şəkildə, yaxud bankın filiallarına kağız formatda göndərə bilərsiniz.
Təhsil aldığım dövrdə vakansiyaya müraciət edə bilərəm?
Bakalavr təhsilinizi tamamlamamızsınızsa, təhsil tələb edilən vəzifələrə müraciət edə bilməzsiniz. Sadəcə təcrübə proqramları, periodik olaraq həyata keçirilən layihələrdə iştirak üçün müraciət edə bilərsiniz.
Vakant vəzifəyə müraciət etdikdən sonra mənimlə necə əlaqə saxlayacaqlar?
İşə qəbul üzrə müraciət etmiş və ilkin baxış mərhələsindən keçmiş namizədlərlə CV-də qeyd olunmuş mobil nömrə yaxud e-mail vasitəsilə əlaqə saxlanılır. Buna görə də, müraciət anketinizdə aktiv nömrənizi və işlək e-mail ünvanını qeyd etməyiniz vacibdir.
İşə qəbul prosesi hansı mərhələlərdən ibarətdir?
İşə qəbul prosesi müraciətlərin ilkin yoxlanması, qrup və fərdi müsahibələr, namizədin sahə üzrə biliklərini yoxlamaq üçün qabiliyyət testləri mərhələlərindən ibarətdir. Zəruri hesab olunduqda, İR Departamenti motivasiya məktubu, əlavə müsahibə, xüsusi testlər, təqdimatlar, portfel və s. kimi əlavə komponentləri seçim prosesinə əlavə edə bilər.