Tez-tez verilən suallar
AccessBank ailəsinə necə qoşula bilərəm?
AccessBank ailəsinə qoşulmaq üçün bilik və bacarıqlarınıza uyğun vakant vəzifələrlə saytımızın Karyera bölməsindən (https://www.accessbank.az/az/our-bank/vacancies/#vacancies) tanış ola bilərsiniz. Eyni zamanda yeni vakansiyalarla bağlı işə qəbul saytları, qəzetlər, xəbər səhifələri, Regional TV (regional filiallarda vakansiyalar olduqda) həmçinin, bankın və insan resursları üzrə biznes partnyorların Linkedin hesablarından məlumatlar əldə edə bilərsiniz.
CV-mi necə göndərim?
İşə qəbul müraciətinizi AccessBankın veb saytının Karyera bölməsindən (https://www.accessbank.az/az/our-bank/vacancies/#vacancies) elektron şəkildə, yaxud bankın filiallarına kağız formatda göndərə bilərsiniz.
Təhsil aldığım dövrdə vakansiyaya müraciət edə bilərəm?
Bakalavr təhsilinizi tamamlamamızsınızsa, təhsil tələb edilən vəzifələrə müraciət edə bilməzsiniz. Sadəcə təcrübə proqramları, periodik olaraq həyata keçirilən layihələrdə iştirak üçün müraciət edə bilərsiniz.
Vakant vəzifəyə müraciət etdikdən sonra mənimlə necə əlaqə saxlayacaqlar?
İşə qəbul üzrə müraciət etmiş və ilkin baxış mərhələsindən keçmiş namizədlərlə CV-də qeyd olunmuş mobil nömrə yaxud e-mail vasitəsilə əlaqə saxlanılır. Buna görə də, müraciət anketinizdə aktiv nömrənizi və işlək e-mail ünvanını qeyd etməyiniz vacibdir.
İşə qəbul prosesi hansı mərhələlərdən ibarətdir?
İşə qəbul prosesi müraciətlərin ilkin yoxlanması, qrup və fərdi müsahibələr, namizədin sahə üzrə biliklərini yoxlamaq üçün qabiliyyət testləri mərhələlərindən ibarətdir. Zəruri hesab olunduqda, İR Departamenti motivasiya məktubu, əlavə müsahibə, xüsusi testlər, təqdimatlar, portfel və s. kimi əlavə komponentləri seçim prosesinə əlavə edə bilər.
Müsahibə hansı formada keçirilir?
Müsahibə bankın inzibati binasında canlı və yaxud teams platforması üzərindən onlayn şəkildə keçirilir. Müsahibə zamanı namizədin müraciət etdiyi sahə üzrə texniki bilikləri, bacarıqları, Bankın korporativ dəyərlərinə uyğunluğu yoxlanılır.
Test mərhələsinə gələndə özümlə nə götürüm?
Test mərhələrində iştirak üçün zəruri ləvazimatlar Bank tərəfindən təşkil edilir. Bununla belə, test və müsahibə mərhələlərinə gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi gətirmək zəruridir.
Xaricdə təhsil almışamsa, diplomum nostrifikasiya olunmadan vakansiyalara müraciət edə bilərəm?
İşə qəbul zamanı xarici təhsil diplomu mütləq nostrifikasiya olunmalıdır. Vakant vəzifəyə müraciət edərkən nostrifikasiya mərhələsinin vaxt tələb etdiyini nəzərə almağınız vacibdir.
Xaricdə təhsil almışamsa, diplomum nostrifikasiya olunmadan vakansiyalara müraciət edə bilərəm?
İşə qəbul zamanı xarici təhsil diplomu mütləq nostrifikasiya olunmalıdır. Vakant vəzifəyə müraciət edərkən nostrifikasiya mərhələsinin vaxt tələb etdiyini nəzərə almağınız vacibdir.
Müsahibənin nəticələri nə zaman və necə bildirilir?
Nəticələr müsahibədən sonra 2 həftə ərzində sms, telefon zəngi və ya e-mail vasitəsi ilə bildirilir.
İşə qəbul müsahibəsindən keçməsəm, eyni vəzifəyə nə zaman təkrar müraciət edə bilərəm?
İşəqəbul prosesi nəticəsində İmtina cavabı almış namizədlər, seçim komandası tərəfindən başqa bir qərar verilmədikdə, imtinadan 6 ay sonra eyni vakant vəzifə üçün təkrar olaraq müraciət edə bilər.