Məzunlar

Karyeranızı inkişaf etdirməyə hazırsınız?
Karyeranızı Bank sahəsində başlamaq istəyirsinizsə, bu fürsətləri qaçırmayın!

96%
Fikirlər, təkliflər və ideyalar hər zaman dinlənilir
AccessBank əməkdaşı bununla tam razıdır

Bankirlər Məktəbi

Layihə universitetin sonuncu kurs tələbələri və yeni məzunlar üçün nəzərdə tutulub. Bankirlər Məktəbi-ndə iştirakçılar praktiki biliklər və bacarıqlar əldə edirlər. 3 ay davam edən layihənin bir hissəsi Baş ofisdə, qalan müddəti isə Bankın müxtəlif filiallarında baş tutur.
Bankirlər Məktəbi Sizə nə qazandırır:
  • Bank və onun fəaliyyəti ilə tanışlıq
  • Peşəkarlar tərəfindən keçirilən funksional təlimlər
  • Təqaüd
  • İş təklifi alma imkanı

Bankirlər Məktəbinin məzunları

Artıq bir neçə ildir ki, Administrasiya və Təhlükəsizlik departamentində texniki təminat üzrə mütəxəssis vəzifəsində çalışıram. AccessBank-la tanışlığım Bankirlər Məktəbi sayəsində oldu. Layihənin davam etdiyi 3 ay ərzində AccessBank-ın nəbzi olan mikro və pərakəndə bankçılıq haqqında ətraflı biliklər qazandım. Bankın səmimi və gülərüz kollektivi ilə həm öyrənmək, həm də işləmək maraqlıdır.
Nigar Vəlixanova
Baş ofis
Bankirlər Məktəbi-ndə iştirak etdikdən sonra AccessBank-da təcrübəçi kimi işə başladım. Bu gün isə artıq Pərakəndə bankçılıq departamentində  müştəri xidmətləri üzrə aparıcı mütəxəssis vəzifəsində  işləyirəm. Fikrimcə Bankirlər Məktəbi universiteti yeni bitirmiş, bank sektorunda ixtisaslı kadr kimi yetişmək və uğurlu karyera qurmaq arzusunda olan gənclər üçün əla fürsətdir.
Şamil Mahmudov
Xırdalan filialı
AccessBank ailəsinə 2019-cu ilin may ayında ilk dəfə keçirilən Bankirlər Məktəbi sayəsində qoşuldum. Bankın bir çox departamentlərində təcrübə keçərək praktiki biliklər qazandım. Bankirlər Məktəbi  universal əməkdaş kimi formalaşmaq və Bankın departamentləri arasında olan qarşılıqlı iş prosesi ilə yaxından tanış olmaq üçün əla fürsətdir. Hazırda Mühasibatlıq departamentində aparıcı mühasib vəzifəsində işləyirəm.
Elvin Qasımov
Baş ofis


Riteyl Bankirlər Məktəbi

Layihə iş təcrübəsi olmayan və karyerasını pərakəndə bankçılıq üzrə qurmaq istəyən məzunlar üçün nəzərdə tutulub.

Riteyl Bankirlər Məktəbi-ndə iştirakçılar bank məhsulları, bank işinin hüquqi aspektləri, müştəri xidmətləri, əməliyyat riskləri, çirkli pulların yuyulmasına qarşı mübarizə kimi mövzularla tanış olurlar. 2 ay davam edən layihənin bir hissəsi Baş ofisdə, qalan müddəti isə Bankın müxtəlif filiallarında baş tutur.
Riteyl Bankirlər Məktəbi Sizə nə qazandırır:
  • Bank və onun fəaliyyəti ilə tanışlıq
  • Peşəkarlar tərəfindən keçirilən funksional təlimlər
  • Təqaüd
  • İş təklifi alma imkanı

Riteyl Bankirlər Məktəbinin məzunları

İki aylıq təlim-təcrübə müddətində heç bir yerdə əldə edə bilməyəcəyim dəyərli biliklərə sahib oldum. Bu müddət ərzində şansımı maksimum dərəcədə dəyərləndirib təcrübə rəhbərlərimin faydalı biliklərindən yararlanmağa çalışdım. Bununla yanaşı kollektivdə işləmək bacarığını, verilən tapşırıqları zamanında və keyfiyyətli şəkildə sonlandırmağı öyrəndim. Bu layihə karyeramın güclü təməl üzərində qurulmasına çox yardımçı oldu. Mehriban, gülərüz, səmimi və ən əsası işini mükkəmməl yerinə yetirən əməkdaşlardan ibarətdir komandada işləmək isə ayrıca stimuldu.
Allahverdi Osmanov
Layihənin ilk günlərində təcrübəçi olaraq işləməyə başladım. İlk günlərdə həddindən artıq həyəcanlı idim. Bakalavr təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan bir gənc olaraq bu pilləyə qədər gəlmək mənim üçün böyük nailiyyət idi. Daha sonra Bankın Nərimanov fillialında işləməyə başladım. Ümumiyyətlə, AccessBank-da işləmək məncə çox insanın xəyalıdır. Çünki burada olan komanda işi, səmimiyyət, gözəl münasibət çox yerdə yoxdur. Özümü bu ailənin bir parçası olduğum üçün çox şanslı hiss edir, gələcək karyeramda AccessBank ilə daim zirvələrə doğru qalxacağımdan əminəm.
Məhəmməd Seyid
Riteyl Bankirlər Məktəbi-ndə təcrübə rəhbərlərimin biliklərindən yararlanmağa çalışdım. Artıq mən də AccessBank ailəsinin bir üzvüyəm. Mehriban,səmimi,ən əsası işini günü-gündən mükəmməlləşdirən  və daima inkişaf edən əməkdaşlardan ibarət AccessBank-da işləmək hər kəsin arzusudur. Bank sahəsində karyera qurmaq isdəyən hər kəsə AccessBank-ı tövsiyə edirəm.
Əfsan Əliyev
Riteyl Bankilər Məktəbi layihəsi universiteti yeni bitirmiş, iş təcrübəsi olmayanlar üçün əla başlanğıcdır. Bir çox banklarda işə qəbul prosesində təcrübə istədikləri halda burada həmin təcrübəni özün qazanırsan və özünü doğrultduğun təqdirdə işlə təmin olunursan. Bu proqramı bitirib işə qəbul olunanlardan biri də mənəm. Əgər gələcəyinizi bank sektorunda görürsünüzsə, arzunuz mehriban kollektivdə və peşəkarlarla işləməkdirsə, AccessBank ən doğru seçimdir.
Taleh Muradov


SME (KOB) Məktəbi

Layihə iş təcrübəsi olmayan və karyerasını Kiçik və Orta Biznes (KOB-SME) üzrə qurmaq istəyən universitet məzunları üçün nəzərdə tutulub.

SME Bankçılıq Məktəbi-ndə iştirakçılar maliyyə və kredit sahəsində nəzəri və praktik biliklər əldə edirlər.
SME (KOB) Məktəbi Sizə nə qazandırır:
  • Bank və onun fəaliyyəti ilə tanışlıq
  • Peşəkarlar tərəfindən keçirilən funksional təlimlər
  • Təqaüd
  • İş təklifi alma imkanı

SME (KOB) Məktəbinin məzunları

SME (KOB) Məktəbi-nə 2021-ci ildə qoşuldum. Test və müsahibə mərhələlərindən uğurla keçdikdən sonra 3 aylıq təlimlərə qatıldım. Müxtəlif departamentlərdə fərqli biliklərə yiyələndim. Ümumiyyətlə, həm qarşılaşdığım mühitin, həm də qazandığım biliklərin karyeramda müsbət nəticələri var. AccessBank yeni-yeni təcrübə proqramları təşkil etməklə ən yaxşı kapitala – insanlara investisiya edir. Bu baxımdan özünü bankçılıqda görən gənclərə bankımızın layihələrinə qoşulmağı təklif edir və hər birinə uğurlar diləyirəm.
Xəyal Hüseynov
Baş ofis
Universitetdən məzun olduqdan sonra karyera başlanğıcı üçün axtarışlarım məni bankçılıq məktəbi hesab edilən AccessBank-a yönəltdi. Hər zaman məzunlara dəstək olan AccessBank-ın SME (KOB) Məktəbi-nə müraciət etdim və təcrübə proqramını uğurla başa vurdum. Bu layihə timsalımda bütün iştirakçılara əmək bazarında lazım olan bilik və bacarıqlarla yanaşı, korporativ mədəniyyət və iş etikası kimi yumşaq bacarıqları da öyrətdi. Düşünürəm ki, peşəkar karyeramın “biq benq”i məhz bu layihə oldu. Hazırda AccessBank-da KOBM və Korporativ kreditlər üzrə analitik olaraq işləyirəm. Vəzifə öhdəliyim olaraq nüfuzlu iş adamları ilə korporativ görüşlər keçirmək həyatıma fərqli rənglər qatır.
Kənan Əhmədov
Baş ofis
Məzun olduqdan sonra karyerama başlamaq üçün əmək bazarında araşdırma etdiyim zaman AccessBank-ın SME (KOB) Məktəbi layihəsi diqqətimi çəkmişdi. Müraciət etdikdən sonra isə nə qədər düzgün qərar verdiyimin bir daha fərqinə vardım. Hazırda müvafiq departamentdə işləyirəm və iş mühitinin, kollektivimizin karyerama verdiyi töhfə əvəzedilməzdir. Bir insanın şəxsiyyət kimi cəmiyyətdə formalaşmasında iş təcrübəsi mühüm rol oynayır. Həmin iş təcrübəsini doğru məkanda tapmaq isə ən çətinidir. Karyeramın ilk mərhələsində bunu bacardığım üçün sevincliyəm.
Elşanə Rüstəmzadə
Baş ofis
AccessBank-ın KOBM və Korporativ kreditlər departamentində işləyirəm. Hər şey isə SME (KOB) Məktəbi layihəsi ilə başladı. Elektron müraciətimdən sonra HR komandası məni imtahana dəvət etdi. Test və müsahibə mərhələlərindən sonra təlimlərə başladıq. Nəticədə cəmi 3 aylıq sinaq müddətindən sonra rəsmi olaraq işə başladım. Hazırda aktiv iş həyatındayam. AccessBank-ı seçməyim ən düzgün qərarlarımdan biridir.
Orxan Bəkirov
Baş ofis

Vakansiyalar