AccessBank Azərikard prosessinq mərkəzinə keçir: ödəniş kartları fevralın 22-də işləməyəcək

15 fevral 2024

Hörmətli AccessBank müştəriləri!

Sizə göstərilən xidmət səviyyəsinin artırılması və ödəniş kartları üzrə təqdim etdiyimiz xidmət çeşidini genişləndirmək məqsədilə AccessBank ödəniş kartlarına xidmət göstərən prosessinq mərkəzini dəyişdirməyə qərara gəlmişdir. Yeni prosessinq mərkəzi olaraq - AzəriKard Prosessinq Mərkəzi seçilmişdir.  

Azərikard-a keçid prosesi 22.02.2024 10:00 - dan – 22:00 - dək  davam edəcək. Bu müddət ərzində AccessBank-a məxsus ödəniş kartlarınız işləməyəcək, həmçinin AccessBank-ın ATM və POS-terminal şəbəkəsi miqrasiya üzrə texniki işlərin həyata keçirilməsi səbəbindən söndürüləcəkdir. 

Fevralın 22-də bank kartları ilə əməliyyatların aparılması qeyri-mümkün olduğu üçün, müştərilərə təcili kart əməliyyatlarını fevralın 22-dək həyata keçirmələri tövsiyə olunur.

Kredit borcunun ödənilməsinə gəlincə, son tarix fevralın 22-sə, kart ilə ödəniş mümkün olmayacaq. Bu halda kredit borcunuzu, Accessbank-ın filiallarında (kassa və ya ödəniş terminalında), həmçinin, eManat və MilliÖn ödəniş terminalları vasitəsilə ödəyə bilərsiniz.

Miqrasiya müddətində ATM və ya POS-terminallar işləyəcəkmi?

AzəriKard  prosessinq mərkəzinə miqrasiya zamanı AccessBank-ın bütün ATM və POS- terminalları müvəqqəti olaraq söndürüləcək. ATM və POS- terminallar 22.02.2024 10:00 - dan–22:00 - dək işləməyəcək.  

Kartlara mədaxil etmək mümkün olacaqmı? 

Qeyd olunan miqrasiya tarixlərində bütün ödəniş sistemlərində AccessBank-a məxsus olan debit və kredit kartlarına mədaxil əməliyyatları müvəqqəti olaraq dayandırılacaq. Belə ki, MilliÖn, eManat və eləcə də AccessBank-a məxsus olan ödəniş terminallarında, o cümlədən www.hesab.az və digər onlayn ödəniş platformalarından kartlara mədaxil əməliyyatları müvəqqəti olaraq dayandırılacaq.

Paylaşmaq