AccessBank «Gender Bərabərliyinin Maliyyələşdirilməsi» mükafatına layiq görülüb

10 iyun 2024
AccessBank gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi sahəsində həyata keçirdiyi təşəbbüs və layihələrin uğurlu nəticələrini əks etdirən «Gender Bərabərliyinin Maliyyələşdirilməsi» mükafatına layiq görülüb  

Mükafatlandırma İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə Qadınların Gücləndirilməsi Prinsipləri (WEPs) əsasında BMT İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda qadınların iqtisadi səlahiyyətlərinin artırılması” layihəsi çərçivəsində təşkil olunub.

Bu mükafat bizim gender bərabərliyinə sadiqliyimizi və qadınların peşəkar inkişafı üçün əlverişli mühit yaratmaq səylərimizi nümayiş etdirir. AccessBank olaraq, işguzar səhədə gender bərabərliyi və qadınların iqtisadi səmərəliliyinin artırılması istiqamətində səylərimizi bundan sonra da davam edəcəyik
Paylaşmaq