AccessBank Azərbaycanda qadın sahibkarların maliyyə savadlılığının artırılması tədbirlərini davam etdirir

16 iyul 2024
AccessBank Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) tərəfindən həyata keçirilən “Azərbaycanda qadın səlahiyyətləndirilməsi mərkəzləri” layihəsi və Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində növbəti təlimləri həyata keçirib. Bakıda təşkil edilən təlim qadınların maliyyə savadlılığının artırılması mövzusuna həsr edilib.

Təlimlərə cəlb edilən qadın sahibkarlara “Sahibkar kredit götürərkən nəyə fikir verməlidir?”, “Borc almağın müsbət və mənfi tərəfləri” mövzularında  Thomaz International-Azerbaycan təşkilatının regional meneceri Rauf Ağayev,  “Azərbaycan kredit bürosunun fəaliyyəti və xidmətləri” mövzusunda AKB nümayəndəsi İlkin Ağayev, “Birlikdə daha risksiz: Sığortalının bizneslər üçün əhəmiyyəti” mövzusunda Paşa Sığorta şirkətinin nümayəndələri Hikmət Əliyev və Orxan Axundov təlimlər keçdilər.

Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Pərvin Qəhrəmanova sahibkarlara “Maliyyə məlumatlılığı nədir? Mərkəzi Bankın aliyyə məlumatlılığı resursları” mövzusunda  təlim keçərək sahibkarların peşəkar inkişafı və doğru maliyyə xidmətlərini seçə bilmələri üçün yaratdığı imkanlarla tanış etmişdir.

Daha sonra AccessBank-ın əməkdaşı Pərvin Məmmədov “İstehlakçı hüquqlarının müdafiəsi” mövzusunda  sahibkarlara fəaliyyət dövründə lazım olan mövzularla bağlı təlim keçərək iştirakçıların suallarını cavablandırdı.  

Lənkəran şəhərində keçirilən təlimdə isə klinik psixoloq Könül Qasımova qadın sahibkarlara “Emosional zəka və müştəri ilə münasibət” mövzusunda təlim keçərək kommunikasiyalarda emosional münasibətlərin vacibliyini qeyd etdi.  

Gəncə şəhərində təşkil edilən təlim əsasən “Maliyyə savadlılığının artırılması” mövzusuna həsr edlilib, sahibkar qadınlara biznesin və vəsaitlərin idarə edilməsinə dair təlimatlar təqdim edilib.  

AccessBank-ın dəstəyi ilə növbəti təlimlər Şəki şəhərində keçiriləcək və “Emosional zəka və müştəri ilə münasibət”, “Maliyyə savadlılığı və maliyyəyə çıxış imkanları”, “SMM üçün fotoçəkiliş”, “Qadın liderliyi və qərarvermə proseslərində qadınların rolunun artırılması” kimi mövzulara həsr ediləcək.
Paylaşmaq