AccessBank-dan təhsil və səhiyyə işçilərinə 7%-dək endirim kampaniyası!

19 sentyabr 2024
Müxtəlif peşə sahiblərinə sərfəli fərdi maliyyə həlləri təklif edən AccessBank, səhiyyə və təhsil işçiləri üçün eksklüziv kampaniyaya start verir.

2 sentyabr - 30 noyabr tarixləri aralığında bu sahələrin əməkdaşları istehlak kreditləri üzrə faiz dərəcələrinə 7%-dək endirimdən yararlana bilərlər. Xüsusi təklif 6 aydan 48 ayadək çevik ödəniş müddəti ilə 40 000 AZN-ə qədər olan istehlak kreditlərinə şamil edilir.

Bu təşəbbüs AccessBank-ın ictimai rifaha töhfə verən səhiyyə və təhsil sahələrinə dəstəyinin bir hissəsidir. Kampaniya bu sahələrin əməkdaşlarına şəxsi məqsədlərinə çatmaqda maliyyə dəstəyi verməyi hədəfləyir.

Əlavə məlumat üçün AccessBank-ın filiallarına müraciət edə və ya onlayn formada müraciət edə bilərsiniz: https://bit.ly/3z9U1n7
Paylaşmaq