AccessBank 100 ən çox vergi ödəyən şirkətlər sırasında

18 fevral 2025
Sizin yerli Avropa bankınız AccessBank Azərbaycanın 100 ən çox vergi ödəyən şirkəti sırasına daxil olduğunu elan edir. Bu nüfuzlu siyahıya (https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar) daxil olmaq, bankın vergi öhdəliklərini tam şəkildə yerinə yetirdiyini və ölkə iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfəni bir daha təsdiqləyir.

Bu uğur yalnız AccessBank-ın maliyyə sabitliyini deyil, həm də vergi öhdəliklərinə olan məsuliyyətli yanaşmasını əks etdirir ki, bu da ölkə iqtisadiyyatında mühüm rol oynayan maliyyə sektorunun ayrılmaz biz hissəsidir.

100 ən çox vergi ödəyən şirkətlər siyahısının dərc edilməsi, vergi sahəsində şəffaflığın təmin olunduğunu göstərir. Vergi ödəyiciləri sırasına daxil olmaq təkcə hüquqi tələblərə uyğunluğu deyil, həm də ölkə iqtisadiyyatına qarşı sosial məsuliyyətin göstəricisidir. Bu cür siyahılar digər şirkətləri və maliyyə qurumlarını da vergi öhdəliklərini düzgün yerinə yetirməyə və vergiləri vaxtında ödəməyə təşviq edir, bununla da vergi sisteminin güclənməsinə və şəffaflığın artırılmasına töhfə verir.

AccessBank gələcəkdə də fəaliyyətini şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq davam etdirəcək, növbəti dövrlərdə də müştərilərə keyfiyyətli xidmətlərin göstərilməsi, iş yerlərinin yaradılması, dayanıqlı inkişafın dəstəklənməsi və iqtisadiyyatın artımına  tövhə - bankın fəaliyyətinin əsas prioritetlərindəndir.
Paylaşmaq