AccessBank-dan ilk: “Qızıl Şans” lotereya kampaniyasına start verildi!
16 Aprel 2025
“Qızıl Şans” lotereyasında yalnız aşağıdakı tarixlərdə AccessBank-dan lombard krediti əldə etmiş müştərilər iştirak edə bilərlər:
• I tiraj: 17.04.2025 – 15.08.2025
• II tiraj: 16.08.2025 – 19.12.2025
Müştərilər lombard krediti müqabilində hər 1 000 AZN üçün 1 iştirak şansı qazanacaqlar.
Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən olunacaq. Qaliblərə dəyərli qızıl külçələr təqdim ediləcək:
• I yer – 50 qr 999.99 əyyarlı qızıl külçə (1 nəfər)
• II yer – 30 qr qızıl külçə (2 nəfər)
• III yer – 20 qr qızıl külçə (3 nəfər)
• IV yer – 10 qr qızıl külçə (6 nəfər)
Qaliblər 28 avqust və 26 dekabr 2025-ci il tarixlərində Accessbank-ın Baş ofisində keçiriləcək tiraj zamanı müəyyən ediləcək. Seçim prosesi Excel Macros proqramı vasitəsilə təsadüfi qaydada aparılacaq və AccessBank-ın rəsmi sosial media hesablarında canlı yayımlanacaq.
İştirak şərtləri:
• Lotereyada yalnız 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.
• Lotereya bileti kimi lombard kredit müqaviləsinin nömrəsi əsasında bank tərəfindən təqdim edilən rəsmi blank çıxış edir.
• İştirak yalnız lombard kreditlərinə şamil olunur; istehlak, mikro və digər kreditlər nəzərə alınmır.
• Hər müştəri yalnız bir dəfə qalib ola bilər.
• İlk tirajda qalib olan müştərilər ikinci tirajda iştirak hüququna malik deyillər.
• Qalibin kredit öhdəlikləri tam bağlanmayıbsa, uduş təqdim edilmir.
• Uduşların pul ekvivalenti təqdim olunmur.
Tiraj nəticələri və kampaniya ilə bağlı daha ətraflı məlumat Qızıl Şans saytında, eləcə də AccessBank-ın Instagram, Facebook və LinkedIn səhifələrində paylaşılacaq.