AccessBank əməkdaşları Sahibkarlığın İnkişafı Fondunun müsabiqəsində qalib oldular

13 iyul 2023

Sahibkarlığın İnkişafı Fondunun sənaye sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədi ilə keçirdiyi müsabiqədə AccessBank əməkdaşları birinci və ikinci yerlərə layiq görülüblər.

Sahibkarlığın İnkişafı Fondu güzəştli kreditlərinin verilməsində aktiv iştirak edən kredit mütəxəssisləri arasında 01.03.2023-01.07.2023-cü il tarixlərində “Sənayenin inkişafına dəstək” adlı müsabiqə keçirib. Müsabiqənin şərtlərinə əsasən sahibkarlara daha çox sayda və həcmdə kredit vermiş, 2-si AccessBank əməkdaşı olmaqla, 3 mütəxəssis qalib elan olunub. Qaliblər pul mükafatı və sertifikatla təltif olunublar.

Paylaşmaq