Missiyamız
Çox məşğul olduğunuzu bilirik. Buna görə də 24/7 bütün diqqətimizi Sizə ayıraraq vaxtınıza və enerjinizə qənaət edəcək, işinizi asanlaşdıracağıq. Sizin əvəzinizə detalları düşünərək və həll edərək həyatınızı asanlaşdıracağıq. Səyahətlərinizdə ən yaxın bələdçiniz, sənədləşmələrdə ən böyük dəstəkçiniz olacağıq. Və Sizə daim daha çoxunu qazandıracağıq. Əgər VIP Club üzvüsünüzsə, üstünlük həmişə Sizdə olacaq.
Xidmətlər
24/7 fərdi bank xidməti
VIP paketimizdə 24/7 xidmətinizdə olacaq, həmçinin bankımızın Mərkəzi Ofisinin VIP zalında növbədənkənar xidmət göstərəcək fərdi bank nümayəndəsi ilə təmin olunursunuz.
Onlayn VIP konsyerj xidməti
Sizin üçün detalları düşünərək və həll edərək gününüzün xoş keçməsinə dəstək oluruq:
- Restoranların bron edilməsi
- Biletlərin alınması (teatr, kino və s.)
- Restoranlar və baş çəkiləcək yerlər haqqında məsləhətlər
- Transfer üçün sürücü sifarişi
- Gül buketi, hədiyyə sifarişi və s.
Əlavə qazanc imkanları
Bank məhsullarını Sizə özəl xüsusi endirimlərlə əldə edə və hətta əlavə faiz hesablamalarından yararlana bilərsiniz.
Səyahət bələdçisi
Fərdi bank nümayəndəniz vasitəsilə özünüz, ailəniz və ya dostlarınız üçün istənilən ölkəyə aviabiletlər, yaxud tur-paketlər bron edə bilərsiniz.
Arayış/Çıxarışlar
İstədiyiniz vaxt bütün hesablarınız üzrə limitsiz sayda çıxarışlar, həmçinin səfirliklər (və ya dövlət qurumları) üçün məktub və arayışlar əldə edə bilərsiniz.
Sığorta imkanı
Özünüz, yaxınlarınız və ya dostlarınız üçün aşağıdakı sığorta növlərindən istədiyinizi əldə edə bilərsiniz:
- Sağlamlıq
- Səyahət
- Əmlak
Paketlər
Private
- VIP xidmət
- Onlayn VIP konsyerj
- 24/5 fərdi bankçılıq
- Səyahət bələdçisi
- Siğorta
- Depozit qutusu
- WhatsApp xidməti
- Arayış/Çıxarış
- Depozit məhsulları
- Kredit məhsulları
-
Pulsuz Kart
AZN
*Əlavə faiz hədiyyəsi
USD
*Əlavə faiz hədiyyəsi
KD* 0,5% komissiya
NK* -0,5% endirim
KK* -1% endirim
NK* -0,5% endirim
KK* -1% endirim
2 ədəd pulsuz, digərləri 30% endirimlə
Ölkədaxili bütün ATM-lər üzrə nağdlaşdırma 0% komissiya
Ölkədaxili bütün ATM-lər üzrə nağdlaşdırma 0% komissiya
VIP
- VIP xidmət
- Onlayn VIP konsyerj
- 24/7 fərdi bankçılıq
- Səyahət bələdçisi
- Siğorta
- Depozit qutusu
- WhatsApp xidməti
- Arayış/Çıxarış
- Depozit məhsulları
- Kredit məhsulları
-
Pulsuz kart
AZN
*Əlavə faiz hədiyyəsi
USD
*Əlavə faiz hədiyyəsi
KD* 0% komissiya
NK* -1% endirim
KK* -2% endirim
NK* -1% endirim
KK* -2% endirim
3 ədəd pulsuz, digərləri 50% endirimlə
Ölkədaxili bütün ATM-lər üzrə nağdlaşdırma 0% komissiya
Ölkədaxili bütün ATM-lər üzrə nağdlaşdırma 0% komissiya
*NK - 60 000 ₼-a qədər nağd pul kreditləri
*KD - əmanətlə təmin olunmuş kreditlər
*KK - Kredit kartları,
*Müddətli əmanət - 6-24 ay müddətində əmanət növü
*Əlverişli – müddətsiz əmanət növü