“AccessBank Birlik Kuboku“ qalibi elan olundu!

9 iyul 2024
Böyük məmnuniyyətlə “AccessBank Birlik Kuboku“ korporativ futbol turnirinin nəticələrini bölüşürük!

3 aya yaxın davam edən çempionatda 25 komanda arasında bir-birindən maraqlı 56 oyun baş tutdu. Ötən həftə keçirilən möhtəşəm final oyunlarında III-cü yer uğrunda “Gəncə” və “Bakıxanov” komandaları, I-ci yer ugrunda isə “Capital Chargers (SMC)” və “Kür-Mingəçevir” komandaları mübarizə apardı.  AccessBank Birlik Kuboku-nun builki qalibi “Capital Chargers (SMC)”komandası oldu. Qalib komandalara kubok, medallar və pul mükafatları təqdim edildi.

Əlavə olaraq, “Ən yaxşı qapıçı", “Ən çox qol vuran futbolçu” və “Ən yaxşı futbolçu” nominasiyaları üzrə mükafatlar öz sahiblərini tapdı.
Əminik ki, bu turnir hər il keçirilməklə ənənəyə çevriləcək, işçilərin fiziki inkişafı, korporativ mədəniyyətin və komanda birliyinin möhkəmlənməsinə töhfə verəcəkdir

Yeni idman nailiyyətlərinə doğru!
Paylaşmaq