AccessBank 100 ən çox vergi ödəyən şirkətlər sırasında
18 fevral 2025
Bu uğur yalnız AccessBank-ın maliyyə sabitliyini deyil, həm də vergi öhdəliklərinə olan məsuliyyətli yanaşmasını əks etdirir ki, bu da ölkə iqtisadiyyatında mühüm rol oynayan maliyyə sektorunun ayrılmaz biz hissəsidir.
100 ən çox vergi ödəyən şirkətlər siyahısının dərc edilməsi, vergi sahəsində şəffaflığın təmin olunduğunu göstərir. Vergi ödəyiciləri sırasına daxil olmaq təkcə hüquqi tələblərə uyğunluğu deyil, həm də ölkə iqtisadiyyatına qarşı sosial məsuliyyətin göstəricisidir. Bu cür siyahılar digər şirkətləri və maliyyə qurumlarını da vergi öhdəliklərini düzgün yerinə yetirməyə və vergiləri vaxtında ödəməyə təşviq edir, bununla da vergi sisteminin güclənməsinə və şəffaflığın artırılmasına töhfə verir.
AccessBank gələcəkdə də fəaliyyətini şəffaflıq və məsuliyyət prinsiplərinə əsaslanaraq davam etdirəcək, növbəti dövrlərdə də müştərilərə keyfiyyətli xidmətlərin göstərilməsi, iş yerlərinin yaradılması, dayanıqlı inkişafın dəstəklənməsi və iqtisadiyyatın artımına tövhə - bankın fəaliyyətinin əsas prioritetlərindəndir.