AccessBank BlueOrchard Fondundan $8 mln kredit cəlb edib
14 mart 2025
Cəlb olunan vəsaitlər bizneslərin, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Azərbaycanın əsas iqtisadi bölgələrini əhatə edən geniş filial şəbəkəsi sayəsində AccessBank ölkənin müxtəlif regionlarında sahibkarları səmərəli şəkildə dəstəkləmək imkanına malik olacaq.
"BlueOrchard-dan subordinasiya olunmuş kreditin cəlb edilməsi AccessBank-ın maliyyə dayanıqlığının və beynəlxalq maliyyə institutları arasında yüksək etimadın təsdiqidir. Bu, həmçinin bankımızın kapitalı səmərəli şəkildə cəlb etmə və Azərbaycanda sahibkarlığın inkişafına töhfə vermə bacarığını əks etdirir. Cəlb olunan vəsaitlər bankımızın kiçik və orta biznesin maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyimiz strategiyanın davam etdirilməsinə imkan yaradacaq ki, bu da öz növbəsində ölkə iqtisadiyyatının güclənməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək", – deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiulauri qeyd edib.