AccessBank-ın yeni konseptli filialı artıq Cəlilabadda!

28 Aprel 2025
Azərbaycanın bank sektorunun aktiv iştirakçılarından olan AccessBank  müştəri məmnuniyyəti səviyyəsinin  yüksək səviyyədə qorunub saxlanılması və regionlarda iştirakını genişləndirmək məqsədi ilə bu dəfə Cəlilabadda yeni konseptli filialını müştərilərin ixtiyarına verib.

Cəlilabad şəhəri Heydər Əliyev prospektində yerləşən filial və müasir dizayn, funksionallıq və texnoloji yenilikləri özündə birləşdirən konsept əsasında fəaliyyət göstərir. Bu yenilənmə, bankın xidmət keyfiyyətini yüksəltmək və bölgə əhalisinin bank xidmətlərinə daha rahat və operativ şəkildə çıxışını təmin etmək məqsədi daşıyır.

Filialda müştərilərə mikro və aqro kreditlər də daxil olmaqla müxtəlif növ kredit məhsulları, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətləri təklif olunur.

"2025-ci ildə regionlarda müştərilərimizə daha keyfiyyətli və rahat xidmət təqdim etmək məqsədilə ilk addımlarımızdan biri məhz Cəlilabad filialının yenilənməsi oldu. Filial şəbəkəsinin genişləndirilməsi təşəbbüsü, Accessbank-ın inkişaf strategiyasının önəmli hissəsidir. Hazırda 35 filialla fəaliyyət göstərən AccessBank, yaxın gələcəkdə şəbəkəsini daha da genişləndirməyi planlaşdırır ki, bu da Azərbaycanın bütün regionlarında əhalinin bank və maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsinə yönəlmiş bir siyasətdir", - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.
Paylaşmaq