Korporativ İdarəetmə

Dividend siyasəti

Bankın dividend siyasəti səhmdarlarına dividendlərin ödənilməsi qaydalarını tənzimləyir.

Bankın Dividend siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

  • şəffaflıq – dividend siyasətinin reallaşdırılmasında, o cümlədən, dividendlərin miqdarı və ödənilməsi qərarının qəbulu üçün məlumatın açıqlanması;
  • əsaslanma – Bankın inkişaf planının nəzərə alınması şərti ilə, dividendlərin miqdarı və ödənilməsi haqqında qərarın yalnız Bankın müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;
  • ədalətlilik – dividendlərin verilməsi, məbləği və verilmə qaydaları haqda məlumatın alınması üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;
  • ardıcıllıq – dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası;
  • inkişaf – korporativ idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə dividend siyasətinin daimi yenilənməsi;
  • sabitlik – Bankın sabit dividend ödənişlərinin təmin etmək təşəbbüsü.
Dividend ödənişləri etmək qərarının verilməsi qaydaları.

Bank aşağıdakı hallarda səhmdarlarına dividend ödənilməsini təmin edir:

  • Bankın maliyyə vəziyyəti stabil və müsbət qiymətləndirildikdə, həmçinin inkişaf perspektivi olduqda;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dividendin ödənilməsi üçün məhdudiyyət olmadıqda;
  • Dividend ödənilməsi Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarı əsasında həyata keçirilir.
  • Dividendin ödənilməsi yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankın, Bankda dividendlərin ödənilməsinə razılığı olduqda Bankın Səhmdarlarının Ümumi Yığıncağı dividend ödənilməsi məsələsinə baxa bilər;
  • Bankın dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu müddətdə icra olunmasına təsir etmir.

Mükafatlandırma siyasəti

Mükafatlandırma sisteminin prinsipləri

Bankın mükafatlandırılma sistemi aşağıdakı prinsiplər əsasında qurulub:

  • Birləşmə: Bankın İR ilə bağlı digər elementləri ilə birlikdə İR strategiyasının həyata keçirilməsini təmin edən kompleks İR idarəetmə sisteminin komponentlərindən biri olmaq;
  • Ədalətlilik: Bank işçilərinin ödənişi ilə iş səviyyəsi arasında qarşılıqlı əlaqə müəyyən etmək;
  • Rəqabətə davamlılıq: Bank işçilərinin ödənişi ilə region üzrə bazar səviyyələri arasında qarşılıqlı əlaqəni təmin etmək;
  • Fəaliyyətin nəticəsinə görə ödəniş: Bank işçilərinin ödənişi ilə işçinin fərdi fəaliyyəti, alt bölmənin planlaşdırılmış Əsas Fəaliyyət İndikatorlarına (KPI) və Bankın biznes məqsədlərinə nail olması arasında qarşılıqlı əlaqəni müəyyən etmək;
  • Qruplaşdırma: əmək haqqı sisteminin Bankın əməliyyatlarının əhatə dairəsi və xüsusiyyəti, fəaliyyət nəticələrinin, götürülən risklərin səviyyəsi və birləşməsinə, habelə Bankın risk iştahasına uyğunluğunu təmin etmək;
  • Uyğunluq: Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının qayda və reqlamentlərinə uyğun olmaq;
  • Səmərəlilik: Bankın uzunmüddətli fəaliyyət nəticələrinə və mənfəətliliyinə, habelə Bankın strateji hədəflərinə əsaslanmaq və Bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə edilməməsini təşviq etmək;
  • Maraqlar münaqişəsinin qarşısının alınması:maraqlar münaqişəsinin yaranmasına qarşı adekvat tədbirlərin icrasının, habelə müstəqil və şəffaf qərarvermə prosesini və hesabatlılıq sistemini təmin etmək.

Risklərin idarəedilməsi

    Fayl:
    Risk Management Policy

    Istisna Siyahısı
      Fayl:
      İstisna siyahısı

      Yeniləndi: 23.01.2025
      Aktualdır