Korporativ İdarəetmə

Korporativ idarəetmə və Mükafatlandırma komitəsi

Komitə Tərkibi

Corc
Rubli

Sədr

Dariuş
Katsprşik

Komitə üzvü

Andrea
Haqmann

Komitə üzvü

Corc Rubli

Sədr

[email protected]  |  151

Corc Rubli 2019-cu ilin may ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub. Cənab Rubli Asiya İnkişaf Bankını təmsil edir və orada 2010-cu ildən çalışır. O, beynəlxalq bankçılıq üzrə 30 illik təcrübəyə malikdir və 1995-ci ildən etibarən özəl şirkətlərin idarə heyətlərinin tərkibində çalışıb. Asiya İnkişaf Bankından əvvəl o, LCF Rothschilds, WestLB və UBS təşkilatlarında, əsasən, layihə maliyyələşdirməsi və öhdəliklər üzrə konsultasiya ilə məşğul olub. Cənab Rubli Vaşinqton şəhərindəki Corctaun Universitetinin Diplomatik Xidmət Məktəbini bitirib.

İngilis, alman və ispan dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Dariuş Katsprşik

Komitə üzvü

[email protected]  |  151

Dariuş Kasprşik 2019-cu ilin may ayında AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub.

O, Avropa İnvestisiya Bankını təmsil edir. Cənab Kasprşik bir sıra Polşa banklarında rəhbər vəzifələri tutub. Hazırda sistem əhəmiyyətli banklardan birində Polşanın Maliyyə Nəzarəti Orqanının səlahiyyətli nümayəndəsidir.

Dariuş Kasprşik Varşava İqtisadiyyat Məktəbinin (SGH) Daxili ticarət və xidmət fakültəsini bitirib. Bundan başqa, o, Varşava Universitetinin Menecment fakültəsində və Beynəlxalq Menecment Məktəbində magistr dərəcələrinə yiyələnib və IESE-də Təkmilləşdirilmiş Menecment Proqramını bitirib.

Polyak, ingilis, alman, ispan və rus dillərini bilir.

E-mail: [email protected]
Tel: 151

Andrea Haqmann

Komitə üzvü

[email protected]  |  151

Andrea Haqmann 2019-cu ilin dekabr ayında Səhmdarların Ümumi Yığıncağının qərarı ilə AccessBank-ın Müşahidə Şurasının üzvü təyin olunub.
Xanım Haqmann maliyyə xidmətləri sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir. Hal-hazırda o, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun Direktorlar Şurasının və İnvestisiya Komitəsinin üzvü (2019-cu ildən), mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün SANAD Fondunun (Yaxın Şərq və Şimali Afrika)  Direktorlar Şurasının üzvü (2017-ci ildən) və Microfinance Enhancement Facility Direktorlar Şurasının üzvüdür (2009-cu ildən). Onun əvvəlki iş təcrübəsi və xeyriyyəçilik fəaliyyəti, həmçinin, Avstriya İnkişaf Bankının İcraiyyə Şurasının üzvü (2008-2017),  Raiffeisenbank, Wolkersdorf Müşahidə Şurasının üzvü (2019-cu ildən), Avstriyanın aparıcı Hilfswerk International qeyri-kommersiya təşkilatının Müşahidə Şurasının üzvü (2018-ci ildən) qismində, eləcə də Avstriyanın Oesterreichische Kontrollbank AG ixrac-kredit agentliyində müxtəlif rəhbər vəzifələrdə (1991-2007-ci illər) iş fəaliyyətini əhatə edir.  
Xanım Haqmann Vyana İqtisadiyyat və İşgüzar İnzibatçılıq Universitetinin kommersiya elmləri üzrə magistr dəcərəsinə malikdir.

E-mail: [email protected]
Tel: 151

Əsas funksiyalar:

Korporativ idarəetmə sahəsində Komitə:
  • Bankın təşkilati və idarəetmə strukturunun korporativ idarəetmə standartlarına uyğunluğunu nəzarətdə saxlayır;
  • Korporativ idarəetmə standartlarına uyğun olmayan hallar və onlara səbəb olan amillər barədə Nəzarət Şurasına hesabat verir;
  • Müyyən edilmiş uyğunluq olmayan hallardan yaxa qurtarmaq və korporativ idarəetmənin təkmilləşdirilməsi üçün Nəzarət Şurasına təkliflər verir;
  • Korporativ idarəetmə standartlarına dair qanunvericiliyin dəyişdirilməsi üçün Nəzarət Şurasına təkliflər verir;
  • Bankın korporativ idarəetməsi barədə ictimaiyyətə açıqlanacaq məlumatların vaxtında açıqlanması və dəqiqliyini təmin edir.
Mükafatlandırma sahəsində Komitə:
  • Mükafatlandırma siyasətini (“Mükafatlandırma Siyasəti”) hazırlayır və bu Nizamnamənin 6-cı bəndini nəzərə alaraq onu Nəzarət Şurasına təqdim edir;
  • Mükafatlandırma siyasətinin tətbiqi üçün daxili mükafatlandırma prosedurunu (“Daxili Mükafatlandırma Proseduru”) hazırlayır;
  • Bank Katibinin əmək haqqını müyyən edir;
  • Hər il təklif edilən mükafatlar və prəmiyaların miqdarı, həmçinin, icra orqanları üzvlərinin mükafatlandırmai barədə təklifləri Nəzarət Şurasına təqdim edir;
  • Bank əməkdaşlarını və ya zabitlərini stimullaşdırmaq və ya ruhlandırmaq üçün növbəti mükafatlandırma prosedurlarını təklif edir;
  • Xüsusi kateqoriyadan olan əməkdaşların əsas performans indikatorlarını qiymətləndirir;
  • Mükafatlandırma prosesinə nəzarət edir, mükafatlandırma sisteminin səmərəliliyini Risklərin Idarə Edilməsi Komitəsi ilə birlikdə hər il qiymətləndirir və ehtiyac olduqda Nəzarət Şurasına bu haqda hesabatlar təqdim edir;
  • Mükafatlandırma Siyasəti, Daxili Mükafatlandırma Proseduru və digər mövcud prosedurları nəzarət edir;
  • Bankda mövcud olan xüsusi mükafatlandırma prosedurlarını mütəmadə qiymətləndirir;
  • Performansa bağlı mükafatlandırma sisteminin Bankın uzunmüdvətəli uğurunu təmin etməsi və qısa müdvətli hesabat mexanizmləri vasitəsilə manipulyasiya olunmamasını təmin edir;
  • Mükafatlandırma siyasəti və prosedurlarına daxili və xarici hadisələrin təsirlərini qiymətləndirir;
  • Mükafatlandırma siyasətinin və daxili prosedurların qanunvericiliyin tələblərinə uyğunluğunu təmin edir;
  • Zərurət olduqda mükafatlandırma məsələləri haqqında məlumatı qanunla nəzərdə tutulmuş qaydalara əsasən açıqlayır.
Təyinatlar sahəsində Komitə:
  • Nəzarət Şurasına, idarəetmə orqanları və ya Nəzarət Şurası Komitələrinə yeni üzvlərin təyini barədə təkliflər verir;
  • Nəzarət Şurasının, onun komitələrinin və idarəetmə orqanlarının tərkimini izləyir;
  • Müsətəqil üzvlərə dəir təyinat, əmək haqqı və dəşik üçün kriteriyalar təyin edir;
  • Xarici müsətəqil mütəxəssisin nəzərdə tutulmasını təmin edir.

Updated: 15.01.2025
Aktualdır